24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə mərhumun qaynatası Qabil hüseynli açılama verib. 
 
O vurğulayıb ki, hazırda hadisə yerinə gedir. Mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. 
 
 
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiq edib.
 
Məlumata görə, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.
 
Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
 

Baxış sayı: 2649 | Tarix: 20.08.2019
Bizi Telegramda izləyin: @repostaz