Tanınmış jurnalist Zülfüqar Xeyirxəbərovu döyən şəxslə bağlı qərar verilib.
 
Bu barədə Bas Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilir ki, ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmiş Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Baxış sayı: 3637 | Tarix: 29.08.2019
Bizi Telegramda izləyin: @repostaz