Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Azərbaycana gəlib.
 
RePost.Az-ın xəbərinə görə, məruzəçi 5-7 sentyabr tarixlərində Bakıda olacaq.
 
Onun Milli Məclisin üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirməsi planlaşdırılır. 

Baxış sayı: 2896 | Tarix: 05.09.2019
Bizi Telegramda izləyin: @repostaz