Bakıda 20 yaşlı şəxs itkin düşüb.
 
RePost.Az xəbər verir ki, paytaxtın Xətai rayonu, M.Davud küçəsi, ev 96 ünvanında kirayə qalan 1999-cu il təvəllüdlü Emin Qəşəm oğlu İsrafilov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. 
 
Bu barədə hüquq-mühafizə orqanlarına ərizə ilə onun qardaşı, Mingəçevir şəhər sakini İlkin Qəşəm oğlu İsrafilov məlumat varib. 
 
Faktla bağlı araşdırma aparılır. 
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 11.09.2019
Bizi Telegramda izləyin: @repostaz