Bakıda erməni istehsalı olanpeçenye satılır.
 
RePost.Az xəbər verir ki, bu barədə jurnalist Xalid Kazımlı Feysbukda məlumat yayıb.
 
"Choco Pie" adlanan peçenyenin "Bazarstor"dan alındığı qeyd olunub.
 
Məhsulun bir tərəfində ermənicə, digər tərəfində isə Azərbaycan dilində yazı var.
 
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Bazarstor”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı bildirib ki, sözügedən məhsul başqa firma tərəfindən bütün market şəbəkələrə paylanılır:
 
“Choco Pie” adlı məhsul yalnız “Bazarstor” üçün gətirilmir. Həmin şirniyyat “Nant” firması tərəfindən bütün marketlər şəbəkəsinə paylanılır. Biz məhsulu alanda qutusuna baxsaq da, məhsulun üzərində yazılanlara diqqət etməmişik. İndi firma ilə danışmışıq. Bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq. Çünki “Bazarstor”un 50-dən çox mağazası var və bunu bir gün ərzində etmək mümkün deyil. Əslində, bu yolverilməzdir, amma məhsulun üzərinə baxılmayıb deyə, belə bir şey olub”.

Baxış sayı: 2060 | Tarix: 20.09.2019
Bizi Telegramda izləyin: @repostaz