Prezident İlham Əliyev Əziz Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az xəbər verir ki, sərəncama əsasən, Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Suraxanı rayonunun icra başçısı isə Şirvana icra başçısı göndərilib. 
 
Şirvanın icra başçısı Mərdan Camalov isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Dövlət başçısının digər sərəncamı ilə Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Baxış sayı: 2820 | Tarix: 12.11.2019
Bizi Telegramda izləyin: @repostaz