Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov hərbi hospitala yerləşdirilib.
 
Hazırda o həkim nəzarətində müalicəsini davam etdirir.
 
Bu barədə Vaqif Əsədovun özü BAKU.WS-ə açıqlamasında bildirib.
 
Qurum rəsmisi bildirib ki, soyuqdəymə diaqnozu ilə xəstəxanaya müraciət edib.
 
“Soyuqdan özünüzü qoruyun. Dostlara və mənimlə maraqlanan hər kəsə dərin minnətdarlığımı bildirirəm”, - deyə V.Əsədov bildirib.

Baxış sayı: 2668 | Tarix: 13.11.2019
Bizi Telegramda izləyin: @repostaz