Futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkü atılıb.
	 
	RePost.Az-ın məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi - "Zaqatala", "Kəpəz", "Ağsu" və "Qaradağ Lökbatan"ın da rəqibləri bəlli olub. Komandalar reytinqlərinə əsasən 3 səbətə bölünüb.
	 
	Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 - 8-ci yerlərdə başa vurmuş komandaların - "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək. Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla - "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.
	 
	Yarımfinal oyunları 2020-ci il aprelin 22-də və 29-da, final qarşılaşması isə mayın 16-da təşkil olunacaq.
	 
	Təsnifat mərhələsi
	 
	"Sabah" - "Ağsu"
	 
	"Zirə" - "Qaradağ Lökbatan"
	 
	"Sumqayıt - "Zaqatala"
	 
	"Keşlə" - "Kəpəz"
	 
	1/4 final
	 
	1. "Qəbələ" - "Sabah" / "Ağsu" cütünün qalibi
	 
	2. "Səbail" - Zirə" / "Qaradağ Lökbatan" cütünün qalibi
	 
	3. "Neftçi" - "Sumqayıt / "Zaqatala" cütünün qalibi
	 
	4. "Qarabağ" - "Keşlə" / "Kəpəz" cütünün qalibi
	 
	Yarımfinal
	 
	5. 1 cütünün qalibi - 2 cütünün qalibi
	 
	6. 3 cütünün qalibi - 4 cütünün qalibi
	 
	FİNAL
	 
	5 cütünün qalibi - 6 cütünün qalibi
	 
	Daha sonra püşklə meydan sahibləri müəyyənləşib. Beləliklə, təsnifat mərhələsində "Ağsu", "Qaradağ Lökbatan", "Keşlə" və "Sumqayıt" meydan sahibi olacaq.
	 
	Qeyd edək ki, I Divizion təmsilçilərindən "Turan Tovuz" və MOİK kubok mübarizəsinə qoşulmayacaq. Ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə "Qəbələ" qazanıb.