“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin "Stadler" şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.
 
RePost.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.
 
Onun sözlərinə görə, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.
 
“Bununla da Azərbaycanda "Stadler" qatarlarının sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır. İsveçrə şirkətindən "FLIRT" tipli, birmərtəbəli daha 6 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək”, - deyə “Azərbaycan Dəmir Yolları” rəsmisi qeyd edib. 

Baxış sayı: 3143 | Tarix: 10.12.2019
Bizi Telegramda izləyin: @repostaz