Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.
 
RePost.Az xəbər verir ki, nəticəsi ən çox gözlənilən dairələrdən biri də 31 saylı Qaraçuxur seçki dairəsi idi. 
 
Bu dairənin qalibləri arasında Qafarov Corc XXX oğlu da var.
 
Bu şəxs tanınmış müğənni Roza Zərgərlinin övladıdır. 
 
Müğənni saytımıza açıqlamasında faktı təsdiqləyib: "Bəli, Corc namizədliyini vermişdi, indi də qalib oldu. İnşALLAH bələdiyyənin sədri də seçilər".
 
Qeyd edək ki, Corcun 25 yaşı var. O hazırda aktyor kimi fəaliyyət göstərir. 

Baxış sayı: 3732 | Tarix: 24.12.2019
Bizi Telegramda izləyin: @repostaz