Yanvarın 13-ü Balakən şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

RePost.Az xəbər verir ki, xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem köçürülüb. Sistemdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. Onun vəziyyəti pisləşdiyi üçün təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı Turan Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da vəfat edib. Qeyd edək ki, T. Mahatov 3-cü sinif şagirdi olub.


Baxış sayı: 3428 | Tarix: 14.01.2020
Bizi Telegramda izləyin: @repostaz