ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Tacir Şahmalıoğlu olub.
 
Müğənninin canlı efirdəki gərgin və həyəcanlı halı aparıcı Nazilə Səfərlinin də diqqətini çəkib. Daha sonra müğənniyə sual verən aparıcı ondan niyə belə olduğunun səbəbini soruşub.
 
Tacir Şahmalıoğlu isə cavabında Fədayə Laçının müğənni bacısı İlahə Fədanın ünvanına sərt ifadələr səsləndirib:
 
“Bu qadın xalq üçün nə edib ki, efirə çıxıb kimlərinsə tərbiyəsindən, əqidəsindən danışır. Ona bu ixtiyarı kim verib. Rövşanə xanımın verilişində çıxıb ağzına gələni danışıb. Elə bir qəbahət iş görməmişəm. Oğlumdur, 48 dərəcə istidə maykayla girib uşağı çimizdirmişəm. Burda nə var ki?
 
Mən 10 milyon xalqın qarşısında özümü sübut emişəm. Amma sən kimsən, bilinmir və sənin kimliyini də sübut edə bilərəm. Amma çox heyif ki, ortada Fədayə xanım var”.
Bu açıqlamalardan sonra İlahə Fəda canlı efirdə telefon bağlantısı ilə müğənnini təhqir edib:
 
“Mən çox qısa cavab verəcəm. İt hürər, karvan keçər. Bu qədər”.
 
İlahə Fəda bu sözləri dedikdən sonra dəstəyi asıb.
 
Müğənninin bu təhqiramiz ifadələrindən sonra Tacir Şahmalıoğlu canlı efirdə özündən çıxıb:
 
“Düz deyirsən, it hürər, karvan keçər. Hansı tərbiyədən danışırsan? Sən 10 milyon xalqın qarşısında bu sözü deyirsən. Ayıb olsun sənə. Sənin qadınlığın budur. Sən get bir güzgünün qabağında dur, gör, sən xanıma oxşuyursan? O sifətdə insandan belə də söz çıxar. Mən kişiyəm, yeri gəlsə, onun başına oyun açaram. Amma ortada Fədayə və anası var. Mənim kişiliyimə yaraşmaz”.
 
Qeyd edək ki, İlahə Fəda ARB TV-nin “Səhər-Səhər” proqramında Tacir Şahmalıoğlu ünvanına təhqiramiz sözlər ünvanlamışdı.


Baxış sayı: 1159