Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayantın helikopterinin qəzaya düşdüyü an kamera tərəfindən qeydə alınıb.
 
BAKU.WS xəbər verir ki, Kobe Brayant, 13 yaşlı qızı Mariya Onorenin və daha 7 nəfərin öldüyü qəzanın görüntüsü dünya mətbuatının gündəmindədir. 
 
Aviaqəzada həlak olan Kristina Mauzer adlı xanım yerli məktəblərdən birində qadın basketbol komandasının məşqçisidir.
Həmçinin, kollecin beysbol məşqçisi Kosta-Mesı Con Altobelli, onun xanımı və qızı da həlak olanlar arasında olub. Hadisə nəticəsində sağ qalan olmayıb.
 
Aviaqəza 26 yanvar tarixində, ABŞ yerli vaxtı ilə səhər saat 10 civarında Kalabasas şəhərində baş verib.
 
Helikopterin qəzaya düşməsinin dəqiq səbəbi hələlik məlum deyil.


Baxış sayı: 3124 | Tarix: 27.01.2020
Bizi Telegramda izləyin: @repostaz