Sabahdan etibarən Bakı metropolitenində koronavirusla bağlı dezinfeksiya işlərinə başlanacaq.
 
RePost.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq:
 
"Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq".

Baxış sayı: 610