Azərbaycanda qadın evli kişini qaçırdıb.
 
RePost.Az xəbər verir ki, bu iddia ilə Almaz adlı qadın "Səni axtarıram" proqramında çıxış edib.
 
Gənc qadının sözlərinə görə, ərinin sevgilisi onu hədələyərək qaçırıb:
 
"Bir qadın hədə-qorxu ilə evimizə gəlib ərimi aparıb. Qadın ərimin dalınca düz qapımıza gəldi. Ərimə dedi ki, sən mənimlə yaşamasan, ya səni öldürtdürəcəm, ya da uşaqlarının başına hər oyun gətizdirəcəm. Özü boşanıb.
 
Uşaqlarının aliment kartını götürüb, uşaqlarını da atıb. Ərimə deyir ki, səni bu aliment pulu ilə saxlayacam, təki sən mənim yanımda ol. Qətiyyən öz həyat yoldaşına yaxın getmə".
 
Qeyd edək ki, adı açıqlanmayan qadının qaçırtdığı şəxs Ağayev Məhəmməd Mirzağa oğludur.


Baxış sayı: 673