Tanış olun, bir neçə gün öncə Whatsapp statuslarında koronavirusdan ölüm xəbəri yayılan qəhrəman Eyvaz Cəfərov.
 
RePost.Az-ın REAL TV-yə istinadla verdiyi məlumata görə, Eyvazın səhnələşdirilmiş ölüm xəbəri qısa müddətdə geniş auditoriyaya çıxır. Çox keçməmiş Whatsapp zarafatının əsas təşəbbüskarları olan Eyvaz və Faiq aşkarlanır.
 
Zarafatın təşəbbüskarlarından olan Faiq nə özünə, nə də dostuna haqq qazandırmır. Çünki onların zarafat bilib etdikləri yüzlərlə insanın əsəblərini tarıma çəkib, vətəndaşlar arasında əsassız panikaya səbəb olub.
 
Faiq və Eyvazın zarafat adı ilə etdiyi paylaşım heç kimin üzündə təbəssümə səbəb olmayıb. Bu mənada bir-birinə tən gələn dostlar əməllərindən peşmandılar.
 
Qayıdaq zarafatın əsas qəhrəmanı olan Eyvaz Cəfərova. Hər dəfə evdən çıxanda valideynləri tərəfindən koronavirusun profilaktikası ilə bağlı öyüd nəsihət eşidən Eyvaz ən azı onların təvsiyəsini qulaqardına vurmamalıdır.
 
Cəmiyyətin tamhüquqlu üzvü olan hər kəs öz sosial məsuliyyətini anlamalıdır. Bunu başa düşmək istəməyən vətəndaşlara qarşı daha ciddi tədbirlər görülməlidir. Əks halda insanları panikaya salan şayiə epidemiyasını karantinə almaq olmayacaq.
 
Vətəndaşlara isə tövsiyəmiz var. Sosial şəbəkələrdə və digər messencerlərdə rastlaşdığınız təsadüfi məlumatlara inanmayın.


Baxış sayı: 2288 | Tarix: 13.03.2020
Bizi Telegramda izləyin: @repostaz