"Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər".
 
RePost.Az xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
 
Onun sözlərinə görə, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur.
 
“Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq.
 
Ondan sonra daha hansı sahələrin fəaliyyətinə icazə veriləcəyi müəyyənləşəcək.
 
Vəziyyətdən asılı olaraq qərar veriləcək”, - baş infeksionist bildirib.

Baxış sayı: 4036 | Tarix: 28.04.2020
Bizi Telegramda izləyin: @repostaz