Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus pandemiyası dövründə onlayn sifariş edənlərə müraciət edib.
RePost.Az xəbər verir ki, müraciətdə kuryerlərlə birbaşa təmasdan qaçınmaq üçün məhsulların qapıya qoyulmasını xahiş etmək tövsiyə olunub.
Qeyd olunub ki, qida/əşyaları götürdükdən sonra əllər ən azı 20 saniya su və sabunla yuyulmalı və ya spirt əsaslı məhlulla silinməlidir.