Avstraliyada yaşayan Karolin Artur adlı qadın 1 metr 30 sm ayaqları sayəsində "Dünyanın ən uzun ayaqlı insanı” kimi tanınır.

RePost.Az publika.az-a istinadən xəbər verir ki, bir vaxtlar model kimi fəaliyyət göstərən Karolin Artur artıq 2 uşaq anasıdır. Karolin Arturun ən böyük arzusu Ginnesin Rekordlar kitabına düşməkdir. O, kitaba düşmək üçün rəsmən müraciət edib:

"Hazırda Svetlana Pankratova ilə aramızda yalnız millimetr fərq var. Bu səbəbdən də tam olaraq haradan ölçmək lazım olduğunu öyrənmək üçün özlərinə müraciət etməyə qərar verdim. Beləliklə, titul gerçək sahibinə qovuşar".

Dəri mütəxəssisi olan Karolin Arturun ayaqları bədəninin 69 faizini təşkil edir. 39 yaşlı qadının uşaqları da anaları kimi uzun ayaqlıdır.


Baxış sayı: 8273 | Tarix: 26.01.2017
Bizi Telegramda izləyin: @repostaz