Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva  “Instagram” səhifəsində Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
RePost.Az-ın xəbərinə görə, təbrikdə deyilir: 
 
“Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”.

Baxış sayı: 2972 | Tarix: 28.05.2020
Bizi Telegramda izləyin: @repostaz