Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.
 
RePost.Az-ın məlumatına görə,  Nazirlər Kabineti bununla bağlı “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib.
 
Siyahıya aşağıdakı mallar daxildir:
 
- Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti
 
- Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar
 
- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan
 
- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan
 
- Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)
 
- Dezinfeksiyaedici vasitələr
 
- Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər
 
- Baxillər
 
- Steril və qeyri-steril əlcəklər
 
- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi
 
personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)
 
istehsalında istifadə olunan parçalar
 
- Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
 
- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi
 
personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
 
- Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər
 
- Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik
 
tənəffüs aparatı
 
- İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına əsasən, bu il iyulun 1-dək yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılmışdı. Beləliklə, qərara edilən dəyişikliklə həm ölkədən aparılması məhdudlaşdırılan malların siyahısı genişləndirilib, həm də malların ölkədən aparılmasına qoyulan məhdudiyyətin müddəti iyulun 1-dən sentyabrın 1-dək uzadılıb.

Baxış sayı: 5005 | Tarix: 30.06.2020
Bizi Telegramda izləyin: @repostaz