"Bir şey dəqiqdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla müharibə etməyəcək".
RePost.Az xəbər verir ki, bu sözləri "armenianreport"a açıqlamasında təhlükəsizlik və müdafiə məsələləri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk bildirib.
Rusiyalı ekspert KTMT-nin Azərbaycanla münaqişə zamanı Ermənistana hərbi dəstək göstərəcəyinə real baxmayıb.
O əlavə edib ki, KTMT-nin Ermənistana dəstəyi də az deyil. Məhz bu səbəbdəndir ki, rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsindən başqa, Türkiyə ilə müharibə aparmır.