Şəhid qızı Tamilla Qulami döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçib.
 
RePost.Az xəbər verir ki, bu barədə Tamilla Qulami sosial şəbəkədə paylaşım edib.
 
"Məmləkətimin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsində - Binəqədi Rayon İdarəsində qeydiyyatdan keçdim!" - deyə o vurğulayıb.
 
Qeyd edək ki, Tamilla Məmmədova-Qulami Qarabağda şəhid olmuş qəhrəman döyüşçü Famil Qulaminin övladıdır.

Baxış sayı: 2516 | Tarix: 16.07.2020
Bizi Telegramda izləyin: @repostaz