Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib.
RePost.Az xəbər verir ki, F. Heydərov bu gecə 82 yaşında dünyasını dəyişib.
O, bir müddətdir, xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.