“Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri vəzifəsinə təyin edilib”.
 
RePost.Az xəbər verir ki, bunu “report”a açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov deyib.
 
Onun sözlərinə görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.
 
Qeyd edək ki, Ə.Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə əməkdar mühəndis Vasif Abbasov təyin olunub.
 
Ə.Abbasov bir müddət Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri kimi (2014–2015) çalışıb.

Baxış sayı: 4910 | Tarix: 14.08.2020
Bizi Telegramda izləyin: @repostaz