Xatırladaq ki, avqustun 18-də AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş millət vəkili İlham Əliyev karantin qaydalarını pozaraq qızına toy edib. Prosesdə şahid qismində ifadə verən Abşeron rayon Polis İdarəsinin əməkdaşı bildirib ki, toy mərasimi Abşeron rayonunun Novxanı qəsəbəsində sabiq deputat İ.Əliyevin bağ evində qapalı yerdə keçirilib. Polis əməkdaşları hadisəyə müdaxilə etməyə çalışsalar da onlara icazə verilməyib.
Prosesdə ifadə verən təqsirləndirilən, İ.Əliyevin qudası R.Mustafayev ittihamları qəbul etməyib. Bildirib ki, məclisdə karantin qaydalarına riayət edilib, bir stolda 5-6 nəfər əyləşib: "Biz karantin qaydalarını pozmamışıq, qaydalara əməl etmişik, 5-6 nəfər ara məsafəsi saxlamaqla əyləşib. Məclis qapalı yerdə deyil, açıq havada keçirilib".
Hakimin "Siz özünüzü inzibati xəta törətməkdə təqsirli bilirsinizmi?" sualına R.Mustafayev hadisədə özünü qismən təqsirli bilib: "Məclisdə mənim 4 nəfərlik ailə üzvüm iştirak edib. Bütün qaydalara riayət etmişik. Bu toy deyildi, nişan kimi məclis idi".