Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
RePost.Az xəbər verir ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib. Sergey Şoyqu “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün səfər edib.
Qeyd edək ki, sayca altıncı dəfədir keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan dördüncü dəfədir iştirak edir.