Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, səfər sentyabrın 6-dək davam edəcək.

Baxış sayı: 4169 | Tarix: 02.09.2020
Bizi Telegramda izləyin: @repostaz