Bu gün Pentensiar Xidmət, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələri və həkim Adil Qeybulla həbsdə olan müsavatçı, hazırda"Citi Hospital"-da müalicə alan Tofiq Yaqublu ilə görüşüb.
 
RePost.Az-ın məlumatına görə, görüşdən sonra TƏBİB idarə heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev jurnalistlərə açıqlamasında bildirib ki, xəstənin vəziyyəti kafidir.
 
"Görüş zamanı Tofiq Yaqubluya tövsiyə etdik ki, aclığı dayandırsın. Əgər aclığı dayandırmasa orqanizmdə gedən metovalik proseslər daha da pisləşə bilər.
 
Hazırda onun həyatı təhlükəsi yoxdur.
 
Ümumilikdə T.Yaqublunun vəziyyəti kafi-ağır olaraq qiymətləndirilir".
 
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehtiyev isə bildirdi ki, T. Yaqublunun səhhətinin normallaşması üçün lazım olan bütün tədbirlər görülüb:
 
"Xəstəxanada bütün lazımi şərait yaradılıb. Qida qəbulu etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onu üçün həyati bir qorxu gözlənilmir. Biz hər birimiz ona şiddətlə aclığı dayandırmağı tövsiyyə etdik".
Tofiq Yaqublu artıq 16 gündür aclıq elan edib. Biz ona dəfələrlə aclığı dayandırmağı təklif etdik.
 
Görüşdə iştirak edən həkim Adil Qeybulla deyib ki görüş zamanı T. Yaqubluya bəzi fəsadların qarşısını almaq üçün infuziya və elektalit köçürülməsinə razılıq verməsini xahiş edib və o bununla razılaşıb: "Bu gün TƏBİB nümayəndələri də vəziyyətlə yerində tanış oldu.
 
Bütün dəstək müayinələri də davam etdirilir.
 
T. Yaqublu su qəbulunu da davam etdirir. Ona qidalanma üçün heç bir tələb olunmur, verilən dərmanların da tərkibində qida əlavəsi yoxdur. Onu da qeyd edim ki, ailəsi də hər gün T.Yaqublunun vəziyyəti ilə bağlı məlumatlandırılır.
Ümid edirik ki, bütün bu vəziyyəti nəzərə alaraq həmçinin ölkə başçısına edilən müraciətlər nəzərə alaraq məsələ tezliklə həllini tapacaq".

Baxış sayı: 3979 | Tarix: 17.09.2020
Bizi Telegramda izləyin: @repostaz