Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində qərar verib.
 
RePost.Az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda T.Yaqublu ev dustaqlığına buraxılıb. 
 
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu gün onun barəsindəki hökmdən verilən şikayətlə bağlı ilkin baxış iclası keçirilib.
 
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirib və aclıq aksiyasına başlayıb. Fəal istintaq təcridxanasından "City Hospital"a köçürülmüşdü. 
 
Həkimi Adil Qeybullanın dediyinə görə, Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb. Onun sözlərinə görə, hazırda T.Yaqublu qida qəbul eləməyə başlayıb:
 
“Tofiq Yaqublunun səhhəti kafidir. Aclıq aksiyasını dayandırıb. Vəziyyətinə baxaq, ya bu gün, ya da sabah evə buraxılacaq”.
 

Baxış sayı: 3637 | Tarix: 18.09.2020
Bizi Telegramda izləyin: @repostaz