ABŞ səfirlik vasitəsilə Azərbaycanda olan vətəndaşlarına regionda müharibə ehtimalı barədə xəbərdarlıq edib.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə səfirliyin yaydığı məlumatda amerikalılar regionda gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırılır. O cümlədən ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməmək tapşırılır. 
 
Səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib.
 
"Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı kütləvi tədbirə qatılmamağı tövsiyə edir.
 

Baxış sayı: 3998 | Tarix: 25.09.2020
Bizi Telegramda izləyin: @repostaz