Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilir.
 
RePost.Az xəbər verir ki, parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.
 
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.
 
Müzakirələrdən sonra ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

Baxış sayı: 3808 | Tarix: 27.09.2020
Bizi Telegramda izləyin: @repostaz