Ermənistan mətbuatı yalan məlumatlarla ictimaiyyəti yanıltmağa davam edir.
 
İşğal və təcavüz siyasətinə rəğmən dünyaya məsum görünməyə çalışan mənfur qonşularımız hazırda davam edən cəbhədəki toqquşmalarla bağlı yalan informasiyaları tirajlamaqla məşğuldur.
 
Belə məlumatlardan biri də guya Azərbaycan ordusunda suriyalı muzdlu əsgərlərin döyüşməsidir.
 
Bu yalan iddialarını heç cür isbat edə bilməyən erməni mətbuatı “fake” fotolar yaradaraq həm dünya ictimaiyyətini, həm də öz sakinlərini çaş-baş salmağa çalışır.
 
Belə fotolardan birində qeyd edilib ki, görüntüdə olan şəxslərdən biri Suriyada döyüşən “Sultan Murad” türk hərbi qruplaşmasının komandiri, digəri isə məşhur terrorçu Əbu Hamşadır. Və iddia olunub ki, bu döyüşçülər hazırda Azərbaycandadır.
 
Fotonun əsli isə tamamilə fərqlidir.
 
Hər iki fotonu təqdim edirik.

Baxış sayı: 3770 | Tarix: 29.09.2020
Bizi Telegramda izləyin: @repostaz