“Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib”.
Azərbaycan Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.
Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Baxış sayı: 2212 | Tarix: 30.09.2020
Bizi Telegramda izləyin: @repostaz