Bu gün Ermənistanın Azərbaycan mülki şəxslərinə və mülki infrastrukturuna qarşı raket hücumları barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvit yazıb.
RePost.Az-ın məlumatına görə, H.Hacıyev qeyd edib ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri atılıb.
Xızı və Abşeron bölgəsinə isə iki 300 km məsafəli orta mənzilli raket atılıb.
Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevirə də iki raket atılıb.