Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gəlir.
 
RePost.Az xəbər veriri ki, bu barədə Türkiyə mətbuataı məlumat yayıb. M.Çavuşoğlunun təyyarəsi artıq Bakıya yola düşüb. 
 
Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, Çavuşoğlu səfəri çərcivəsində prezident İlham Əliyev, eləcə də həmkarı Ceyhun Bayramovla görüşəcək.
 
Görüş zamanı erməni işğalı, eləcə də Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla bağlı müzakirələr də aparılacaq. 

Baxış sayı: 3352 | Tarix: 06.10.2020
Bizi Telegramda izləyin: @repostaz