Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.
 
Sentyabrın 27-dən oktyabrın 7-si saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
 
- 250-dək tank və digər zirehli texnika;
- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 60-dək hava hücumundan müdafiə vasitələri;
- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 8 silah-sursat anbarı;
- 150-dək avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Baxış sayı: 2288 | Tarix: 07.10.2020
Bizi Telegramda izləyin: @repostaz