Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "Scud" olan ballistik raketi buraxılıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
 
"Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - H. Hacıyev qeyd edib.


Baxış sayı: 4055 | Tarix: 10.10.2020
Bizi Telegramda izləyin: @repostaz