"Nikol Paşinyan və David Tonoyanın Gəncədəki mülki şəxslərə qarşı hərbi cinayətləri və Mingəçevirdəki enerji infrastruktruna qarşı hücumları beynəlxalq ictimaiyyətə təqdim olundu".
RePost.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
O qeyd edib ki, artıq Ermənistan tərəfindən inkar edilə bilməz: "Ümid edirəm ki, Paşinyan və ətrafının sonu müharibə cinayətləri tribunalında olacaq".