Guya bu gün səhər tezdən Azərbaycanın silahlı qüvvələri Qarabağ münaqişəsi zonasında cəbhənin bütün istiqamətlərində hücuma başlayıb.
 
RePost.Az xəbər verir ki, belə saxta məlumatı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan yayıb.
 
Onun fikrincə, Azərbaycan hərbçiləri Qarabağ münaqişəsi zonasında cənub, şimal və şimal-şərq istiqamətlərində erməni mövqelərini atəşə tutub.
 
Görünür, ermənilər yalan xəbər yaymaqla nəyəsə nail olmaq istəyirlər. Azərbaycan isə Moskvada imzalanan humanitar atəşkəsin maddələrinə əməl edir. Hücum atəşkəsin son dəqiqələri bitdikdən sonra başlayacaq.

Baxış sayı: 3846 | Tarix: 13.10.2020
Bizi Telegramda izləyin: @repostaz