"BBC"nin əməkdaşı Göktay Koraltan sosial şəbəkə hesabında Tərtərdə yaşayan sakinlərdən yazıb.
RePost.Az xəbər verir ki, G. Koraltan Ermənistanın hədəf aldığı Tərtərdə yaşayan ailələrin fotolarını yayaraq, atəşə tutulmasına baxmayaraq sakinlərin evlərini tərk etmək istəmədiyini bildirib:
"62 yaşlı Aybəniz Cəfərova və 6 aylıq nəvəsi Farizlə atəşkəsdən əvvəl Azərbaycanın cəbhə bölgəsində yerləşən Tərtər şəhərində tanış olduq.
Yaşadıqları yerin atəşə tutulmasına baxmayaraq, getmək istəmirlər. O, "Biz Dağlıq Qarabağdakı qələbəni gözləyirik" dedi".