Türkiyə Silahlı Qüvvələri “İldırım-13 Bestler Dərələr” əməliyyatına start verib.
 
RePost.Az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, əməliyyatlar 2 min 500-dən çox hərbçinin iştirakı ilə Şırnak-Siirt-Van-Hakkari xəttində keçiriləcək.
 
Əməliyyyatlar separatçı PKK terror təşkilatının qışdan əvvəl hərəkət qabiliyyəti və sığınacaq axtarışının qarşısını almaq, ölkədaxili əlaqələrini itirən təşkilatın bu qabiliyyətini bir daha əldə edə bilməməsini təmin etmək və ölkə daxilindəki terror mövcudiyyətinə tamamilə son qoymaq məqsədi daşıyır.
 
Qeyd edək ki, 13 iyul 2020-ci il tarixində strat götürən “İldırım” əməliyyatları çərçivəsində bu günədək 124 terrorçu zərərsizləşdirilib, 53 əməkdaş saxlanılıb, 190 mağara, sığınacaq və anbar məhv edilib, çox sayda silah-sursat, qida və digər ləvazimatlar ələ keçirilib.

Baxış sayı: 3561 | Tarix: 15.10.2020
Bizi Telegramda izləyin: @repostaz