Ermənistanda koronavirusa yoluxanların sayı 63 000 nəfərə çatıb.
 
RePost.Az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 540 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
 
Bundan başqa, daha 11 nəfərin ölümü qeydə alınıb.
 
Bu günədək Ermənistanda 1 067 nəfər koronavirusdan ölüb, 13 694 nəfərin müalicəsi isə davam edir.
 
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
 
Sosial şəbəklərdə yayılan son məlumata görə COViD19 yoluxmuş insanlar xəstəxanlara yerləşdirilmir. Belə ki, yaralı hərbçilərin çox olması ilə əlaqədar çarpayı çatışmamzlığı və yer olmadığı bildirilir.

Baxış sayı: 3694 | Tarix: 17.10.2020
Bizi Telegramda izləyin: @repostaz