Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsurun Ovannisyan Qarabağda Ermənistan ordusunun geri çəkildiyini etiraf edib.
RePost.Az xəbər verir ki, bu barədə A.Ovannisyan öz feysbuk səhifəsində yazıb.
Ordunun geri çəkilməsinə haqq qazandırmağa çalışan qurum rəsmisi ötən əsrdə baş vermiş hadisələrlə uğursuz analogiya apararaq bunun, əslində, "qələbə"yə yol açacağını izah etməyə cəhd edib.
Onun sözlərinə görə, geri çəkilmə heç də məğlubiyyət deyil.