ABŞ-ın nüfuzlu "Nyu York Times” qəzeti Qarabağdakı müharibədən yazıb.
RePost.Az xəbər verir ki, qəzetin əməkdaşı Anton Troianovski və fotoqraf Sergey Ponomaryovla birgə Dağlıq Qarabağdakı qondarma respublikanın inzibati mərkəzi olan Xankəndinə gedib.
"Amansız müharibənin ön cəbhəsi:
"Dağlıq Qarabağda ölüm və çarəsizlik” başlıqlı materialda bildirilir ki, erməni səngərlərində qorxu hakimdir. "Erməni səngərlərində qorxu hakimdir. Erməni silahlı qüvvələri Azərbaycana məxsus Pilotsuz Uçuş Aparatları qarşısında tamamilə aciz durumdadır", - deyə yazıda qeyd olunur.
Müəllif daha sonra yazır ki, Azərbaycan Ordusu artilleriya və PUA zərbələri ilə 27 sentyabrdan etibarən cəbhədə irəliləməyə davam edir.
Yazıda qeyd edilir ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın PUA-larını sıradan çıxarmaq gücündə deyil.
"Azərbaycan silahlı qüvvələri qarşısında aciz qalan Ermənistan gəncləri və könüllüləri cəbhəyə göndərir. Hətta cəbhəyə göndərilənlər arasında veteran əsgərlər də var”, - deyə materialda bildirilir.
Birinci Qarabağ savaşında iştirak edən erməni əsgər Artur Aleksanyan qəzetə deyib ki, əvvəllər Kalaşnikov avtomatları çox əhəmiyyətli idi, amma indi şərtlər fərqlidir.
Müəllif yazır ki, erməni əsgərlərinin ətrafları Azərbaycanın modern PUA-lar vasitəsilə sistematik şəkildə erməni tanklarını və digər təchizatlarını məhv etdiyi kraterlərə çevrilib.
Erməni əsgər Aleksanyan isə "O qədər sürətlidirlər ki, onlarla bacarmırıq. Qorxmadığımızı deməyəcəm. Hamımız çox qorxuruq " deyib.
Ön cəbhədə döyüşən Tiqran Saakyan isə Azərbaycan əsgərlərindən qorxusunu belə ifadə edib: "Birini öldürürük amma qaçmırlar. Daha sonra birini də öldürürük, sonra daha birini, amma gəlməyə davam edirlər. Robot kimidirlər, gəlməyə davam edirlər”.