Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib. 
 
“Mülki əhali arasında itkilər var. Ermənistanın belə məqsədli müharibə cinayətləri şiddətlə qınanmalıdır”, - deyə H. Hacıyev vurğulayıb.

Baxış sayı: 3675 | Tarix: 28.10.2020
Bizi Telegramda izləyin: @repostaz