Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə iki gün içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən RePost.Az-a verilən məlumata görə, Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmiryolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar 26-27 noyabr 2020-ci il tarixlərində Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.