Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini məlumatlandırıb.
 
O bildirib ki, ermənilər Tərtər rayonuna 16 mindən çox top və raket mərmisi atıb.
 
İcra başçısı qeyd edib ki, top və raket mərmiləri 4 000-dən çox evə düşüb, evlərin əksəriyyəti tamamilə dağılıb.

Baxış sayı: 3941 | Tarix: 28.11.2020
Bizi Telegramda izləyin: @repostaz