Türkiyənin Çanaqqala vilyətində daha bir zəlzələ baş verib.

RePost.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar 5,3 bal gücündə olub.

Qeyd edək ki, səhər saatlarında da həmin vilayətdə zəlzələ baş verib. Məlumata görə, episentri Egey dənizində, dərinliyi 5,5 km olan zəlzələ Muğla, Aydın, İzmir, Bursa və İstanbulda da hiss edilib.

Zəlzələ nəticəsində 200-ə yaxın evə ziyan dəydiyi, 4 nəfərin yaralandığı bildirilir.


Baxış sayı: 4929 | Tarix: 06.02.2017
Bizi Telegramda izləyin: @repostaz