Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
 
RePost.Az-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşa müzakirəyə çıxarılıb.
 
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.
 
Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
 
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
 
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Baxış sayı: 3580 | Tarix: 11.12.2020
Bizi Telegramda izləyin: @repostaz